Sumqayıtda qardaşının evindən oğurluq edən qadın tutulub

Sumqayıtda qardaşının evindən oğurluq edən qadın tutulub
# 10 fevral 2016 11:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıtda oğurluq hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də şəhər sakini Cavid Musayevin evindən 4350 ABŞ dolları, 2650 manat və qızıl əşyalar oğurlamış bacısı Cəmilə və İsmayıllı rayon sakini Rasim Əsgərli tutulublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR