Lənkəranda kütləvi dava olub

Lənkəranda kütləvi dava olub
# 07 may 2018 08:56 (UTC +04:00)

Lənkəranda kütləvi dava olub.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Bəliton kəndində baş verən hadisə nəticəsində həmin kənd sakini, 1998-ci il təvəllüdlü Ülvi Qafur oğlu Quluzadə bir neçə nəfər tərəfindən döyülüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ü. Quluzadəyə burada tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR