Bu il ikinci yarısında Azərbaycan-Böyük Britaniya yüksək texnologiyalar biznes forumu keçiriləcək

Bu il ikinci yarısında Azərbaycan-Böyük Britaniya yüksək texnologiyalar biznes forumu keçiriləcək
# 03 mart 2015 13:27 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin ikinci yarısında Azərbaycan-Böyük Britaniya yüksək texnologiyalar biznes forumunu keçiriləcək.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycanda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisi Çarlz Hendri ilə görüşü zamanı bildirib.

Nazir kosmik sahədə mühüm rolu olan Böyük Britaniyanın “İnmarsat” kosmik telekommunikasiya şirkəti ilə əməkdaşlıq etmək planlarının da olduğunu bildirib.

Görüş zamanı Ə. Abbasov Azərbaycanın iqtisadi siyasətində qarşıya qoyulan məqsədin ölkənin bugünkü imkanlarını texnoloji inkişafa töhfə verən layihələrin dəstəklənməsinə yönəltmək olduğunu vurğulayıb.

“Biz artıq Cənub-Şərqi Asiyanın aparıcı şirkətlərinin bir neçəsi ilə konkret layihələr üzərində çalışırıq. Azərbaycan tərəfi əsasən ixraca yönələcək məhsulların istehsalı olacaq layihələri dəstəkləyir. Biz istərdik ki, bu istiqamətdə Avropa xüsusilə də, Böyük Britaniya şirkətlərini bir neçə layihələrə cəlb edə bilək. Onların bir neçəsi ilə danışıqlar aparılır. Mən çox şad olardım ki, məhz bu istiqamətdə olan layihələri İngiltərə şirkətləri alsın və biz onlara dəstək verək”, – deyə Ə. Abbasov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR