Braziliyanın xarici işlər naziri istefa verib

Braziliyanın xarici işlər naziri istefa verib
# 23 fevral 2017 01:40 (UTC +04:00)

Braziliyanın xarici işlər naziri Joze Serra istefa verib.

APA-nın "Globo" telekanalına istinadən verdiyi məlumata görə, XİN rəhbəri prezidenti Mişel Temerə istefa ərizəsini təqdim edib.

J.Serra bu qərarı səhhəti ilə əlaqədar olaraq özünün qəbul etdiyini bildirib.

75-yaşlı Joze Serra 2016-cı ilin mayında Braziliyanın xarici işlər naziri vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR