Səfir: “Banqladeş Azərbaycanla müxtəlif sahələrdə təcrübə mübadiləsinə hazırdır”

Səfir: “Banqladeş Azərbaycanla müxtəlif sahələrdə təcrübə mübadiləsinə hazırdır”
# 17 yanvar 2017 14:51 (UTC +04:00)

“Banqladeş və Azərbaycan xalqları bir-birinə vahid din və mədəniyyətlərin bənzərliyinə əsaslanan gözəl hisslər bəsləyir. Lakin daha yaxın olmaq istəyiriksə, daha konkret işlər görülməlidir”.

APA-nın məlumatına görə, bunu Banqladeşin Azərbaycandakı səfiri Allama Siddiki deyib.

"Bunun üçün bir-birimiz barədə daha çox məlumatlı olmağımıza ehtiyac var. Banqladeş BMT, İƏT-də fəal iştirak edir. Ölkəmiz BMT-nin 12 təşkilatının fəal üzvüdür və daim bu qurumlarda özünün sülhməramlı missiyasına görə seçilir", - deyə o vurğulayıb.

Banqladeşin sosial-iqtisadi inkişaf modelinin bəzi Asiya, Latin Amerikası və Afrika ölkələri üçün örnək olduğunu deyən səfir ölkəmizlə müxtəlif sahələrdə təcrübə mübadiləsinə hazır olduqlarını bildirib. "Ölkəmiz gender bərabərliyi sahəsində böyük təcrübəyə malikdir. Yeni doğulan uşaqlar arasında peyvəndləmə işinin aparılması, habelə əhalinin içməli su ilə təminatı kimi sahələrdə yüksəl göstəricilərimiz var. Fikrimcə, bir-birimizdən çox şey öyrənə bilərik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR