"Amrahbank" futbol klubu Azərbaycanın çimərlik futbol tarixində bir ilkə imza atıb

"Amrahbank" futbol klubu Azərbaycanın çimərlik futbol tarixində bir ilkə imza atıb
# 09 iyun 2015 06:59 (UTC +04:00)

Bakı - APA-Economics. İtalyanın Katanya şəhərində keçirlimiş Avropa Çempionlar Liqası turniri (Euro Winners Cup 2015) yekunlaşıb.

"Amrahbank"dan "APA-Economics"ə verilən məlumata görə, turnirdə Azərbaycanı "Amrahbank" futbol klubu təmsil edib. Yarışların ilk günündə klub Rusiyanın "Lokomotiv" klubu ilə qarşılaşdı və oyun rus klubunun qələbəsi ilə başa çatıb. Yarışın ikinci günü futbolçularımız Fransanın "Monpelye" klubuna 6:5 hesabı ilə qalib gələrək, yarışın ikinci mərhələsinə çıxma iddiasını bir daha nümayiş etdirib.

Qrupun son həlledici oyununda "Amrahbank" futbol klubu böyük əzmkarlıq göstərərək Rumıniyanın “Constanta” klubu üzərində 10:8 hesabı ilə inamlı qələbə qazanaraq 1/8 final mərhələsində iştirakını təmin edib. Azərbaycanı təmsil edən "Amrahbank" "pley-off" mərhələsində İspaniyanın "Bala Azul" klubunu 9:5 hesabı ilə məğlub edərək, adını Avropanın 8 ən güclü klubunun arasına yazmaqla, eyni zamanda turnirin 1/4 mərhələsinə vəsiqə qazanıb və Azərbaycanın çimərlik futbol tarixində bir ilkə imza atıb.

1/4 finalda İtaliyanın "Kataniya" klubuna 2:3 hesabı ilə uduzan klubumuz 5-8-ci yerlər uğrunda Portuqaliyanın "Braqa" komandası ilə qarşılaşıb və görüş klubumuzun 3:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Azərbaycanın "Amrahbank" futbol klubu turnirdəki son matçını Polşanın "Lodz" klubuna qarşı keçirərək 28 komanda arasında yarışı yüksək 7-ci pillədə başa vurub.

Bu münasibətlə bütün futbol azarkeşlərini və "Amrahbank" kollektivinin bütün üzvlərini təbrik edirik, komandamıza gələcəkdə daha yüksək nailiyyətlər arzu edirik!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR