Bakıda inzibati binada yanğın olub

Bakıda inzibati binada yanğın olub
# 01 yanvar 2017 20:29 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda ümumi sahəsi 240 m2 olan fəaliyyət göstərməyən inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 25 m2 sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR