Qidadan zəhərlənənlərin sayı açıqlanıb

Qidadan zəhərlənənlərin sayı açıqlanıb
# 09 avqust 2017 12:51 (UTC +04:00)

2017-ci ilin 6 ayı ərzində 188 qida zəhərlənməsi hadisəsi baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qida zəhərlənmələri nəticəsində 285 nəfər zərər çəkib.

11 botulizm hadisəsi nəticəsində zərərçəkənlərin sayı 21 nəfər olub.

Cari dövr ərzində orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1637, mikrobioloji göstəricilərinə görə 1648, radioloji göstəricilərinə görə 748, toksikoloji göstəricilərinə görə 714 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 122-də mikrobioloji göstəricilərə görə, 10-da toksikoloji göstəricilərə görə normadan kənara çıxma müəyyən olunub.

Eyni zamanda, qeyd olunub ki, Daxili İşlər Nazirliyindən Səhiyyə Nazirliyinə daxil olmuş məktub əsasında IV İslam Həmrəyliyi Oyunlarının və “Formula 1” Azərbaycan Qran Pri yarışının keçirilməsi ilə əlaqədar olaraq Bakı şəhəri və rayonlarının polis orqanları və sanitariya xidməti orqanlarının birgə fəaliyyəti nəticəsində 195 ünvanda tullantı suların və 60 ünvanda məişət tullantılarının toplanması müəyyən edilib. 134 sulu zirzəmidə sağlamlaşdırıcı tədbirlərin görülməsi və 57 ünvanda toplanmış məişət tullantıları kənarlaşdırılması təşkil edilib. Bakı şəhər Dezinfeksiya Stansiyası tərəfindən 161 yaşayış binasının girişlərində və zirzəmilərində, yağış sularından yaranmış gölməçələrin ətrafında, xüsusilə əhalinin sıx məskunlaşdığı ərazilərdə kütləvi dezinfeksiya və dezinseksiya tədbirləri aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR