"Fitch" "AzSığorta"nın reytinqini dəyişib, proqnoz stabildir

"Fitch" "AzSığorta"nın reytinqini dəyişib, proqnoz stabildir
# 23 dekabr 2016 06:48 (UTC +04:00)

"Fitch" beynəlxalq reytinq agentliyi "AzSığorta" ASC-nin "Sığortaçının maliyyə gücü" reytinqini "B+" səviyyəsindən "B-" səviyyəsinə endirib. "APA-Economics" agentliyin yaydığı hesabata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz isə stabildir.

Hesabatda qeyd olunur ki, reytinqin endirilməsi şirkətin zəifləmiş biznes portfelini əks etdirir və agentliyin analitikləri şirkətin portfel keyfiyyətinin 2017-ci ildə də yaxşılaşmayacağını düşünür: "Bundan başqa, eniş şirkətin 2016-cı ilin III rübündə əməliyyat gəlirlərinin kəskin azaldığını və investisiya risklərinin yüksək olduğunu göstərir. Bu reytinqdə həmçinin səhmdarlar arasında yüksək mənfəət bölgüsü ilə bağlı şirkətin fəaliyyəti nəzərə alınıb".

Analitiklər qeyd edir ki, Azərbaycanda makroiqtisadi mühitin pisləşməsi səbəbindən ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayı ərzində "AzSığorta"nın ümumi sığorta haqları 34% azalıb: "Şirkətin biznes portfelinin bundan sonrakı keyfiyyəti də aşağı düşə bilər. "AzSığorta"nın biznes portfeli və əməliyyat fəaliyyətində əhəmiyyətli dəyişiklik reytinqin yüksəlməsinə səbəb ola bilər. Bu da investisiyaların keyfiyyətinin də artmasına gətirib çıxara bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR