İlaxır çərşənbə münasibəti ilə Bakıda bayram şənliyi keçirilib - FOTOSESSİYA

İlaxır çərşənbə münasibəti ilə Bakıda bayram şənliyi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 17 mart 2015 16:21 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İlaxır çərşənbə münasibəti ilə Bakıda bayram şənliyi keçirilib.

APA-nın məlumatına görə, Qoşa Qala qapısının qarşısındakı Gənclik meydanında tonqal yandırılıb, bayram konserti və atəşfəşanlıq təşkil edilib.

Saat 11.00-da “İçərişəhər” stansiyasının yanından Novruz personajlarının iştirakı ilə bayram karvanı hərəkət edib. Bayram karvanı Füzuli meydanın qarşısındakı park, Azadlıq meydanı, “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Büllür fəvvarənin ətrafındakı park və Səməd Vurğun parkında Novruz şənliklərində iştirak edib.

Qeyd edək ki, Azərbaycanda Novruz bayramında 9 gün qeyri-iş günü olacaq. Bahar Azərbaycana martın 21-də Bakı vaxtı ilə saat 02:45-də qədəm qoyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR