Şamaxıda yük maşını yanıb

Şamaxıda yük maşını yanıb
# 14 iyul 2015 19:47 (UTC +04:00)

Bakı-APA. Şamaxıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Şamaxı rayonu, Bakı-Qazax yolunun 105-ci kilometrliyində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus “Ford” markalı yük avtomobilinin ban hissəsi qismən, banına yığılmış mebel qapılar, mebel və hamam aksesuarları yanıb.

Avtomobilin qalan hissələri və banına yığılmış avadanlıqların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR