Azərbaycanın 5 bankı yanvar ayını zərərlə başa vurub

Azərbaycanın 5 bankı yanvar ayını zərərlə başa vurub
# 04 mart 2015 09:46 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda zərərlə işləyən bankların sayı azalıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, 2015-ci ilin fevralın 1-nə ölkədə mənfəətlə işləyən bankların sayı 40 təşkil edib.

Dekabrdan fərqli olaraq yanvarda zərərlə işləyən bankların sayında azalma olub. Belə ki, dekabrda 8 bank zərərlə işləyirdisə, yanvarda zərərlə işləyən bankların sayı 5-ə enib.

Beləliklə, yanvar ayını ölkədə fəaliyyət göstərən 45 bankdan 40-ı mənfəət, 5-i isə zərərlə başa vurub. 40 bankın əldə etdiyi cəmi mənfəət 70,94 mln. manat təşkil etdiyi halda, 5 bankın məcmu zərəri 4,037 mln. manat olub. Beləliklə, bank sisteminin cəmi mənfəəti 66,90 mln. manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisə də 36,34% və ya 17,83 mln. manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR