“ASAN xidmət” mərkəzlərinə 15 milyonuncu müraciət qeydə alınıb

“ASAN xidmət” mərkəzlərinə 15 milyonuncu müraciət qeydə alınıb
# 03 may 2017 07:45 (UTC +04:00)

Nikaha daxil olmaq istəyən Dorojkin Pyotr və Hacıyeva Mədinənin 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciəti “ASAN xidmət” mərkəzlərinə olan 15 milyonuncu müraciət kimi qeydə alınıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynovun APA-ya verdiyi məlumata görə, Pyotr və Mədinə cütlüyü Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən həyata keçirilən nikahın qeydə alınması xidmətinə müraciət ediblər.

15 milyonuncu vətəndaş müraciətinin sahibləri təntənəli nikah mərasimindən sonra “ASAN xidmət” tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR