Ukraynada tanınmış jurnalist Oles Buzina qətlə yetirilib - YENİLƏNİB - FOTO - VİDEO

Ukraynada tanınmış jurnalist Oles Buzina qətlə yetirilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 16 aprel 2015 13:16 (UTC +04:00)

APA-nın “unn.com.ua” saytına istinadən verdiyi məlumata görə, bu barədə tibb işçisi olan mənbə məlumat verib.

Qətl hadisəsi Kiyev şəhərinin Şevçenko rayonunda baş verib. Jurnalist yaşadığı evin girişində güllələnib.

Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

Qətl hadisəsinin baş verdiyini özünün “facebook” səhifəsində Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko təsdiq edib. “Bu dəqiqələrdə Deqtyarevskaya küçəsində məşhur jurnalist Oles Buzina tünd göy rəngli “Ford Focus” markalı avtomobildən açılan atəş nəticəsində faciəli şəkildə qətlə yetirilib. Avtomobil ya Belarus, ya da Latviya dövlət nömrə nişanlı olub. Amma dəqiq Ukrayna nömrəsi deyil”,- deyə A.Qeraşenko yazıb.

Bu barədə “Sağ sektor”un sədr müavini Anna Demid də öz “facebook” hesabında yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR