Qusar. Vəli Turan - APA. Qusar rayonunda intihar faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar şəhər sakini, 1965-ci il təvəllüdlü Seyidov Vahid Süleyman oğlu intihar edib.
Onun yaşadığı evin həyətində özünü asdığı bildirilib. İntiharın səbəbləri araşdırılır.
Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.