Cəbhəyanı kəndlərdə tarlalar gəmiricilərin hücumuna məruz qalıb

Cəbhəyanı kəndlərdə tarlalar gəmiricilərin hücumuna məruz qalıb
# 01 dekabr 2016 11:43 (UTC +04:00)

Cəbhəyanı kəndlərdə əkin sahələri və yaşayış məntəqələri gəmiricilərin hücumuna məruz qalıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Beyləqan rayonlarının əkin və həyətyanı torpaq sahələrindəki siçanabənzər gəmiricilər ötən illərlə müqayisədə çoxluq təşkil edir.

Sözügedən rayonların Bitki Mühafizə idarələrindən bildirilib ki, siçanabənzər gəmiricilər xüsusilə cəbhəyanı yaşayış məntəqələrində daha çox müşahidə olunur. Oktyabr ayında taxıl, yonca sahələrində dərmanlama işləri aparılsa da, yaşayış yerlərinə yaxın ərazilərdə dərmanlama prosesini həyata keçirməkdə bəzi çətinliklər yaranıb. Təsərrüfatında toyuq-cücə saxlayan sakinlər dərmanlama işlərini aparmaqdan imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR