Lənkəranda Koreya Kino Festivalı keçirilir - FOTOSESSİYA - VİDEO

Lənkəranda Koreya Kino Festivalı keçirilir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 13 iyul 2015 12:36 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhərindəki Qəni Vəliyev adına Mədəniyyət Sarayında “Azərbaycanda Koreya Kino Festivalı” başlayıb.

APA-nın cənub bürosunun məlumatına görə, festivalın açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov, Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Çoi Suk İn, SEBA Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə Quliyeva, SEBA Assosiasiyasının şöbə müdiri İradə Nəcəfova çıxış edərək Azərbaycan-Koreya mədəniyyətlərarası əlaqələrindən, bu cür tədbirlərin hər iki ölkə xalqlarının dostluq tellərinin daha da möhkəmlənməsində mühüm əhəmiyyət kəsb etməsindən, həmçinin nümayiş etdiriləcək filmlər vasitəsilə Azərbaycan tamaşaçısının Koreya xalqının həyat tərzini, adət-ənənəsini, ictimai-siyasi həyatını daha yaxından tanımasına şərait yaratmasından söz açıblar.

Daha sonra tamaşaçılara 2001-ci ildə rejissor Song İl Qon tərəfindən çəkilmiş “Təkcə sən” bədii filmi təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı və Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə 2015-ci il 6 iyul-15 avqust tarixləri arasında ölkənin 5 regionunda “Azərbaycanda Koreya Kino Festivalı” keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR