Rusiya Federal Gömrük Xidmətinin rəhbəri: “Azərbaycanlı həmkarlarımızdan çox şey öyrənirik”

Rusiya Federal Gömrük Xidmətinin rəhbəri: “Azərbaycanlı həmkarlarımızdan çox şey öyrənirik”
# 02 aprel 2015 15:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Rusiya gömrükçüləri çox şeyi azərbaycanlı həmkarlarından öyrənir.

APA-Economics”in məlumatına görə, bunu “Vestnik Kavkaza” xəbər portalına müsahibəsində Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov bildirib.

"Bu il mən Bakıda oldum və biz Azərbaycandan Rusiyaya gələn və ölkəmizdən Azərbaycana aparılan yeyinti məhsulları üçün “yaşıl dəhliz”in yaradılması məsələlərini müzakirə etdik. Belə ki, biz bu cür məhsulların sərhəddə hərəkət edilməsi üçün rahat şəraitin yaradılmasında maraqlıyıq. Biz maksimal olaraq bu məhsulların Rusiya istehlakçılarına çatdırılmasında maraqlıyıq. Artıq bu məsələdə müəyyən razılıqlar da əldə etmişik”.

Onun sözlərinə görə, azərbaycanlı tərəfdaşlarla əməkdaşlıq etmək çox maraqlıdır. “Biz onlardan çox şey öyrənirik. Azərbaycan gömrükçüləri, xüsusilə, informasiya texnologiyaları, o cümlədən, texniki vasitələrin keçidinin təmin edilməsi sahələrində çox inkişaf ediblər. Azərbaycandan götürüləsi çox şey var və biz bunları gündəlik təcrübəmizdə istifadə edəcəyik. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev MDB ölkələrinin gömrük rəhbərləri arasında duayendir. Böyüyə qarşı isə yalnız hörmətlə yanaşmaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR