Milli Məclisin üzvü Asiya PA-nın plenar sessiyasında iştirak edəcək

Milli Məclisin üzvü Asiya PA-nın plenar sessiyasında iştirak edəcək
# 18 noyabr 2017 09:23 (UTC +04:00)

Milli Məclisin deputatı İlham Məmmədov Asiya Parlament Assambleyasının 10-cu plenar sessiyasında iştirak etmək üçün noyabrın 20-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sessiya çərçivəsində qurumun İcraedici Şurasının, Siyasi işlər, İqtisadiyyat və davamlı inkişaf, Sosial və mədəni işlər, Heyət və maliyyə qaydaları üzrə komitələrinin iclasları keçiriləcək.

Millət vəkili toplantılarda müzakirəyə təqdim edilən məsələlər barədə öz fikirlərini bildirəcək, təkliflərini verəcək.

Səfər noyabrın 23-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR