Braziliyada növbəti həbsxana qiyamı baş verib, ölənlər var

Braziliyada növbəti həbsxana qiyamı baş verib, ölənlər var
# 08 yanvar 2017 17:22 (UTC +04:00)

Braziliyanın şimalında növbəti həbsxana qiyamı baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Amazonas ştatının ictimai təhlükəsizlik üzrə rəhbəri Serciu Fontes məlumat verib.

Manaus ştatında yerləşən həbsxanada baş verən qiyam nəticəsində 4 nəfər ölüb. İnsidentin səbəbi hələ ki, məlum deyil.

Son bir həftə ərzində Braziliyada baş verən üç həbsxana qiyamı 100-dək insanın həyatına son qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR