Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olunub

Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olunub
# 03 noyabr 2017 07:22 (UTC +04:00)

Bu gün Azərbaycan milli komandasının yeni baş məşqçisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmanın çalışdırıcısının adına AFFA-nın İcraiyyə Komitəsinin iclasında aydınlıq gəlib.

Bakı Olimpiya Stadionunda baş tutan yığıncağın gündəliyindəki əsas məsələ müqaviləsi ilin sonunda başa çatan Robert Prosineçkini kimin əvəzləməsi ilə bağlı olub. Komitə üzvlərinin qərarı ilə “Qarabağ”ın baş məşqçisi milli komandanın çalışdırıcısı vəzifəsinə təyin edilib.

Komitə üzvləri yekdilliklə yeganə namizəd olan 45 yaşlı mütəxəssisi dəstəkləyib. Qurbanov növbəti üç tsikl üçün – 6 il müddətinə yığmanın baş məşqçisi təyin olunub.

O, milli komanda ilə paralel “Qarabağ” və İcraiyyə Komitəsindəki işini də davam etdirəcək. Qurbanovun yığmadakı köməkçilərinin adları yaxın günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, məşqçilik karyerasına 2006-cı ildə başlayan Qurbanov “Neftçi” (2006-07) və “Qarabağ”ı (2008-dən) çalışdırıb. Bunadək futbolçu karyerasında bir sıra klubların formasını geyinən sabiq hücumçu millinin heyətində keçirdiyi 68 oyunda 14 qol vurub. O, yığmanın tarixinin ən yaxşı bombardiridi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR