Yasamal rayonunda daha bir küçə təmirə bağlanıb - FOTO

Yasamal rayonunda daha bir küçə təmirə bağlanıb - <span style="color: red;">FOTO
# 15 aprel 2015 14:38 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakının Yasamal rayonunda yerləşən Şəfayət Mehdiyev küçəsində təmir işlərinə başlanılıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, hazırda həmin küçədə səki daşlarının dəyişdirilməsi işləri həyata keçirilir. Nəzərdə tutulan işlər başa çatdırıldıqdan sonra köhnə asfalt-beton örtüyü yenilənəcək.

Yaxın zamanlarda tikinti altına düşən maneələri köçürmək mümkün olarsa, sözügedən küçənin Haqverdiyev küçəsi ilə kəsişməsindən Hüseyn Cavid parkına qədər olan hissəsi 4 hərəkət zolağına uyğun yenidən qurulacaq.

Qeyd edək ki, tikinti altına düşən maneələrin köçürülməsi üçün aidiyyatı qurumlarla birgə işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR