Bakı-Aktau-Bakı marşrutu ilə konteyner daşımalarının həcmi açıqlanıb

Bakı-Aktau-Bakı marşrutu ilə konteyner daşımalarının həcmi açıqlanıb
# 08 may 2018 12:01 (UTC +04:00)

"Cari ildə Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Bakı-Aktau-Bakı marşrutu ilə konteyner daşımaların həcminin 15 min TEU (20 fut ekvivalent) olmasını planlaşdırmışıq".

"APA-Economics" xəbər verir ki, bunu “Qazaxıstan Dəmir Yolları” SC-nin sədri Kanat Alpısbayev "Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi" beynəlxalq assosiasiyasının tədbirində çıxışı zamanı bildirib.

K.Alpısbayevin sözlərinə görə, bu ilin 3 ayı ərzində isə konteyner daşımaları 866 TEU olub.

"Rüb ərzində planlaşdırılan 3750 TEU olsa da, 2884 TEU daşınaraq daşıma cəmi 23% yerinə yetirilib. Həmçinin qeyd olunan dövrdə Çindən Avropa istiqamətində 6,1 min ton və ya 352 konteyner yük daşınıb", - deyə K.Alpısbayev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR