İstanbulda mikroavtobus partlayıb, 6 nəfər yaralanıb

İstanbulda mikroavtobus partlayıb, 6 nəfər yaralanıb
# 26 aprel 2017 15:47 (UTC +04:00)

İstanbul şəhərində mikroavtobusun partlaması nəticəsində 6 nəfər yaralanıb.

APA-nın “haberturk”ə istinadən verdiyi məlumat görə, özəl ali müəssisələrin birinin tələbələrinidaşıyan mikroavtobus Pendik rayonunda partlayıb. Hadisə yerinə təcili yardım, yanğınsöndürən briqadalar və polis əməkdaşları cəlb edilib. Olay yeri mühasirəyə alınıb, nəqliyyatın hərəkəti dayandırılıb.

Partlayışın baş verdiyi əraziyə çoxlu sayda şüşə və metal qırıntıları səpələnib. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR