“Altılıq” İranla bağlı danışıqları nümayəndə heyətlərinin rəhbərləri və nazirlər səviyyəsində davam etdirir

“Altılıq” İranla bağlı danışıqları nümayəndə heyətlərinin rəhbərləri və nazirlər səviyyəsində davam etdirir
# 07 iyul 2015 18:55 (UTC +04:00)

Bakı-APA. “Altılıq” ölkələrinin İranın nüvə proqramı bağlı danışıqları nümayəndə heyətlərinin rəhbərləri və nazirlər səviyyəsində davam etdirilir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hazırda İran XİN rəhbəri Məhəmməd Cavad Zərif, ABŞ dövlət katibi Con Kerri , Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerinin iştirakı ilə iclas keçirilir.

Qeyd edək ki, bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov və onun çinli həmkarı Van İ Vyananı tərk ediblər. Danışıqlar prosesində sabah axşamadək Fransa XİN rəhbəri Loran Fabiusun da fasilə verdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR