MDB ölkələri müdafiə nazirlərinin iclası olacaq

MDB ölkələri müdafiə nazirlərinin iclası olacaq
# 29 may 2015 11:59 (UTC +04:00)

APA-nın MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasda bu ilin avqustunda keçirilməsi planlaşdırılan “Döyüş birliyi-2015” və gələn il keçiriləcək birgə tədbirlərlə bağlı müzakirələr aparılacaq.

İclasda MDB ölkələrinin silahlı qüvvələrində uçuşların təhlükəsizliyi, minalardan təmizləmə və hərbi metrologiyanın problemləri mövzusunda müzakirələr planlaşdırılır.

İclasda bir sıra vacib sənədlərin qəbulu gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR