Azərbaycan tədqiqatçısı qravitasiyanın mahiyyətini açıb

Azərbaycan tədqiqatçısı qravitasiyanın mahiyyətini açıb
# 19 may 2015 11:39 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan tədqiqatçısı Namiq Məmmədov şüa qravitasiyasının nəzəriyyəsi haqqında təqdimat mərasimi keçirib.

APA-nın məlumatına görə, N. Məmmədov bildirib ki, mahiyyəti bu günə qədər açılmamış ən mühüm fiziki amillərdən biri qravitasiyadır: “Qravitasiyanın mahiyyətini anlamaq üçün bir neçə suala aydınlıq gətirmək lazımdır. Nədən bütün elektromaqnit dalğaları işıq sürəti ilə yayılır? Həm işıq fotonları, həm də radiodalğalar, həm naqildəki elektrik cərəyanı eyni sürətlə yayılırlar. Nədir bütün bu dalğa və hissəcikləri eyni sürətlə yayılmağa məcbur edən? Bu sualların yeganə məntiqi cavabı budur ki, bütün bu dalğaları daşıyan universal daşıyıcı var. Daşıyıcı hansı sürətlə gedirsə, hissəcik və dalğaları da həmin surətlə yayılır. Deməli, daşıyıcı sistemin də bətnində işıq sürətinə bərabər sürət saxlanan düzxətli şüalar var. Araşdırmanın əsas mövzusu qravitasiya olduğundan həmin şüaları qravitasiya şüaları adlandırırıq. Araşdırmanın özünü isə “Şüa qravitasiyası nəzəriyyəsi” olaraq göstərilir”.

N. Məmmədov qeyd edib ki, araşdırmaların nəticəsinə görə, qravitasiya şüaları ilə materiya arasında qarşılıqlı təsir var: “Bu təsirin mövcudluğunu qravitasiyanın linzalanması effekti təsdiq edir. Böyük səma cisminin tərkindən keçərkən qravitasiya şüalarının bir qismi materiya tərəfindən udularaq zəifləyir. Əks tərəfdən olan şüalar isə zəifləmir. Daha güclü əks şüaların təsiri altında fotonlar zəif şüa tərəfə, səma cisminə doğru əyilərək, hərəkətlərini davam etdirirlər. Bu effekt qravitasiya fenomeninin mahiyyətini açır”.

N. Məmmədovun sözlərinə görə, qravitasiya şüaları anlayışının daxil edilməsi çox sayda, izahını hələ də tapmamış fiziki prosesi izah edir: “Qravitasiyanın gücünün cəzb olunan cisimlərin kütləsindən asılılığı ilə yanaşı, cisimlərarası məsafədən necə asılı olduğu bu nəzəriyyədə müfəssəl şəkildə izahını tapır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR