SOCAR Novorossiysk limanından xam neft ixracını azaldıb

SOCAR Novorossiysk limanından xam neft ixracını azaldıb
# 01 mart 2017 14:41 (UTC +04:00)

Bu ilin fevral ayında SOCAR Novorossiysk limanından 79 841 ton xam neft ixrac edib. SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu, yanvar ayı ilə müqayisədə 0,12% azdır.

Ötən ilin yanvar ayında isə Novorossiysk limanından neft ixracı həyata keçirilməyib.

Ümumilikdə bu ilin yanvar-fevral ayları ərzində Novorossiysk limanından 159 777 ton xam neft ixrac edilib. Bu isə 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə 619 dəfə çoxdur.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR