Keçmiş məhkumdan külli miqdarda narkotik götürülüb

Keçmiş məhkumdan külli miqdarda narkotik götürülüb
# 15 aprel 2015 12:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı sakinindən külli miqdarda narkotik aşkar edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zahid Əmirbəyovdan 3 kiloqram 225 qram tiryək və 655 qram heroin götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR