Müşavir: "Türkiyə ilə Azərbaycan arasında turizm əlaqələri istənilən səviyyədə deyil"

Müşavir: "Türkiyə ilə Azərbaycan arasında turizm əlaqələri istənilən səviyyədə deyil"
# 04 fevral 2016 07:38 (UTC +04:00)

Bakı. Cavid Zeynallı-APA. “Türkiyə ilə Azərbaycan arasında turizm əlaqələri istənilən səviyyədə deyil”.

APA-nın məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta deyib. O bildirib ki, Azərbaycandan Türkiyəyə gedən turist sayı orta statistik rəqəmlə ildə 650 mindir: “Bu rəqəm 2015-ci ildə 602 min olub. Orta hesabla 8 faiz azalma var. Türkiyədən Azərbaycana isə 2015-ci ildə 344 min turist gəlib. Bu, bizim istədiyimiz rəqəm deyil. Bu rəqəmin artırılmasının yollarının axtarmalıyıq. İki ölkə arasında turizm əlaqələrini inkişaf etdirmək üçün davamlı təbliğatın aparılmasına ehtiyac var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR