Astanada Suriya müxalifətinin nümayəndələrinin görüşü keçiriləcək

Astanada Suriya müxalifətinin nümayəndələrinin görüşü keçiriləcək
# 25 may 2015 07:19 (UTC +04:00)

Bakı – APA. Mayın 25-27-də Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya müxalifətinin nümayəndələrinin görüşü keçiriləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan XİN-dən bildirilib.

Danışıqlar bağlı qapılar arxasında keçiriləcək. Onun yekunları əsasında mətbuat konfransının keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl suriyalı müxaliflər Nursultan Nazarbayevə müraciət edərək danışıqlarda vasitəçi olmasını xahiş etmişdilər. Qazaxıstan tərəfi bu təklifi qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR