Ağdamda iki minik avtomobili toqquşub

Ağdamda iki minik avtomobili toqquşub
# 21 noyabr 2016 08:05 (UTC +04:00)

Ağdamda baş verən yol-nəqliyyat hadisəsində sürücü xəsarət alıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Quzanlı kəndində Laçın rayon sakini, 1991-ci il təvəllüdlü Aslanov Nofəl Aslan oğlunun idarə etdiyi “Lada Priora” markalı, 41 BC 929 qeydiyyat nömrəli minik maşını Ağdam rayon sakini, 1958-ci il təvəllüd Həsənov Qurban oğluna məxsus “VAZ-2107” markalı, 02 BJ 679 qeydiyyat nömrəli avtomobillə toqquşub. Nəticədə “VAZ 2107”-nin sürücüsü Q. Həsənov xəsarət alıb. O, Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.


Faktla bağlı Ağdam Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR