Cəkiclə qətl törədən şəxsin məhkəməsi başlayıb

Cəkiclə qətl törədən şəxsin məhkəməsi başlayıb
# 07 iyun 2017 11:11 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq yolu ilə qətl törətməkdə təqsirləndirilən Rövşən Xalıqovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

R.Xalıqov ittiham üzrə özünü təqsirli bilib: "Pul lazım idi. Evə girdim. Sonra bu hadisə baş verdi. Onun başına iki dəfə çəkiclə vurdum. Evdən 200 manat pul və pul kartı götürdüm. Əməlimdən peşmanam".

Proses iyunun 14-də davam edəcək.

Qeyd edək ki, ötən il iyunun 28-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Viktor Lituxinin baş nahiyəsində xəsarət olan və qismən çürüməyə məruz qalmış meyiti mənzilində tapılıb.

Araşdırmalar zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Xalıqov tərəfindən tamah məqsədilə çəkiclə qətlə yetirildiyi müəyyən edilib.

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Xalıqov tutulub.

O, Cinayət Məcəlləsinin 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqla törəldildikdə) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR