Səlim Müslümov: “"Özünə dəstək" layihəsinin gələcəkdə həyata keçirilməsi məsələsi nəzərdən keçiriləcək”

Səlim Müslümov: “"Özünə dəstək" layihəsinin gələcəkdə həyata keçirilməsi məsələsi nəzərdən keçiriləcək”
# 22 oktyabr 2014 09:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Sosial asılılığı aradan qaldırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Özünə dəstək" layihəsi üçün 211 ailə seçilmişdi. Bu layihənin 82%-i özünü doğrultdu. Amma onun tətbiqi üçün Nazirlər Kabinetinin qərarı və ya hər hansı normativ- hüquqi baza yox idi. "APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda keçirilən "Sosial müdafiə sahəsində elektron xidmətlər: kəşfiyyat və miqyasın genişləndirilməsi mövzusunda BSTA Avropa Şəbəkəsinin Texniki Seminarı çərçivəsində bildirib.


Nazir deyib ki, bu, sadəcə olaraq Dünya Bankının öz layihələri çərçivəsində həyata keçirdiyi layihə idi. Bu layihənin gələcəkdə həyata keçirilməsi məsələsi nəzərdən keçiriləcək.

"Bizim əsas məqsədimiz hamını işlə təmin etməkdir. Biz eyni ailələrə eyni müddətə sosial yardım verməklə kifayətlənməməliyik. Apardığımız tədqiqatlar göstərir ki, sosial yardım alanların əksəriyyəti çoxuşaqlı ailələr, əlilliyi olan şəxslər və ahıllardır. Bu o deməkdir ki, burada əmək qabiliyyətli insanlar azdır. Hətta onlara "Özünə dəstək" layihəsi icra olunsa belə, onlar yenə də 80%-ə qədər sosial yardıma müraciət edəcəklər",- deyə S. Müslümov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR