Gürcüstandan Azərbaycana avtomobil ixracı 2 dəfədən çox azalıb

Gürcüstandan Azərbaycana avtomobil ixracı 2 dəfədən çox azalıb
# 24 noyabr 2014 09:57 (UTC +04:00)

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 007 avtomobil və ya 2,3 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 29,8% azalıb.

Qeyd edək ki, bu ilin 10 ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 48,95% təşkil edib.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 50,1%-ni təşkil edib.

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 19,5% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 473 778,6 min dollar dəyərində məhsul ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR