Azərbaycandan Gürcüstana yanacaq ixracı 1% artıb

Azərbaycandan Gürcüstana yanacaq ixracı 1% artıb
# 30 sentyabr 2014 07:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 158 547,4 min dollar dəyərində 174 609,5 min ton yanacaq və yanacaq yağları qaz idxal edib.

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,28% çoxdur. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan təbii qazın həcmi dəyər baxımından 0,6% azdır.

Qeyd edək ki, Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların 39,9%-i yanacaq və yanacaq yağlarının payına düşür.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 396 580,2 min dollar dəyərində məhsul ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR