Bakıda üç maşın toqquşub, xeyli yaralı var - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Bakıda üç maşın toqquşub, xeyli yaralı var - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 29 may 2014 11:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda baş verən yol qəzasında ağır xəsarətlər alanlardan ikisinin adı açıqlanıb.

3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, Zabratda baş verən yol qəzasında xəsarət alanlardan ikisi onlara müraciət edib. Bunlar 30 yaşlı Rövşən Rzaquliyev və 32 yaşlı Vaqif Mirəliyevdir. Hər iki yaralının vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Sabunçu rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə zamanı yaralanan digər şəxslər yaxınları tərəfindən başqa xəstəxanalara aparılıb.

***

saat 14.36

Bakı. Hafiz Heydərov - APA. Bakıda dəhşətli yol qəzası baş verib.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, qəza Sabunçu-Maştağa yolunun Zabrat qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

“Merdeces” markalı, 10 LJ 821 dövlət nömrə nişanlı, “Opel” markalı, 99 BF 556 dövlət nömrə nişanlı və dövlət nömrə nişanı məlum olmayan daha bir "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində xeyli sayda şəxsin xəsarət aldığı bildirilir.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR