Teymur Rəcəbov: “Başlanğıc çox yaxşıdır”

Teymur Rəcəbov: “Başlanğıc çox yaxşıdır”
# 28 noyabr 2013 09:33 (UTC +04:00)

Bakı – APA. Şahmat üzrə Azərbaycan millisinin lideri Teymur Rəcəbov yığmamızın komandalararası dünya çempionatında ilk 2 turu ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionu olduqdan sonra Şəhriyar Məmmədyarovla birgə heyətdə yer almayan qrossmeyster gənclərdən ibarət komandamızın çıxışını yüksək qiymətləndirib.


Rəcəbov bildirib ki, bu qələbələrin ardını gətirmək lazımdır: “Bizim yığma dünya çempionatında ardıcıl 2 qələbə qazandı. İrəli, uşaqlar! Hələ çox oynamaq lazımdır, amma başlanğıc çox yaxşıdır”.

Qeyd edək ki, yığmamız Türkiyə və Hollandiyaya qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR