“SABAH” qruplarının magistr səviyyələri üçün tətbiq olunmasına baxıla bilər

“SABAH” qruplarının magistr səviyyələri üçün tətbiq olunmasına baxıla bilər
# 11 oktyabr 2014 14:41 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. "Azərbaycanda mövcud olan təhsil səviyyəsinin qaldırılması və Azərbaycanın təhsil müəssisələrinin xarici təhsil mərkəzləri ilə rəqabət apara bilməsi, təhsilin keyfiyyətində dəyişikliklərin həyata keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən bu ildən “SABAH” layihəsinin tətbiqinə başlanılıb".

APA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, nazirliyin təşkilatçılığı ilə Bakıda keçirilən I Tələbə Forumu “SABAH” layihəsinin tələbələrini bir yerə gətirən, onların gələcək karyeralarının inkişafı istiqamətində atılan bir addımdır: "Bu gün onlar üçün müxtəlif master-klasslar keçirilib. Müxtəlif sferalardan olan insanlarla görüşlər və fikir mübadiləsi aparmaq imkanı əldə ediblər".

Nazir bildirib ki, bugünkü tədbirin əsil qəhrəmanları tələbələrdir: "Həm dövlət orqanları, həm özəl sektorda fəaliyyət göstərən insanların bizimlə olması bu işlərin həyata keçirilməsi çox müsbət bir haldır. Düşünürəm ki, bu layihə ümumilikdə ali təhsilin inkişafına, Azərbaycan təhsilinin dərin ənənələrinə əsaslanan sistemli, müasir təhsil sistemlərinə uyğunlaşdırılmasına doğru atılan növbəti bir adımdır”.

Nazir, “SABAH” qruplarının magistr səviyyələri üçün tətbiq olunmasına da münasibət bildirib. O deyib ki, bu fikir forum zamanı səsləndirilib və dəyərləndirilməlidir: "Dərhal yerində reaksiya vermək düzgün deyil. Maraqlı təklifdir və biz dəyərləndirməliyik. Bütün tərəflərini nəzərdən keçirdikdən sonra yekun qərar vermək olar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR