Dünya çempionatı: Azərbaycan boksçusu finala vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycan boksçusu finala vəsiqə qazanıb
# 12 oktyabr 2015 20:08 (UTC +04:00)

Bakı-APA. Qətərin paytaxtı Dohada davam edən boks üzrə dünya çempionatından sevindirici xəbər gəlib.

Apasport.az saytının məlumatına görə, 52 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Elvin Məmişzadə yarımfinal görüşündə əlcəzairli Muhammed Flissi məğlub edib.

Texniki nokautla qalib gələn təmsilçimiz finala adlamaqla həm də 2016-cı ildə baş tutacaq Rio Olimpiadasına lisenziyanı təmin edib. O, finalda kubalı Yosbani Veyta ilə qızıl medal savaşına çıxacaq.

Bu gün daha iki boksçumuzun görüşü keçiriləcək.

60 kq-dakı təmsilçimiz Albert Səlimov braziliyalı Robson Donato ilə münasibətlərinə aydınlıq gətirəcək.

69 kq üzrə isə Pərviz Bağırov qazaxıstanlı Daniyar Elesuinov ilə döyüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR