Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın daha bir yunan-Roma güləşçisi Orxan Həbibli bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan Həbibli üçüncü yer uğrunda görüşdə Hindistan təmsilçisi Kunal Daqarı məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Bununla da yığmamızın mundialdakı medal sayı ikiyə çatıb.
Qeyd edək ki, daha əvvəl 48 kq çəki dərəcəsində çıxış edən Ömər Salmanov da bürünc medala sahib çıxmışdı.