Rumıniya və Yunanıstan Bolqarıstanın qaz kəmərlərinə qoşulub

Rumıniya və Yunanıstan Bolqarıstanın qaz kəmərlərinə qoşulub
# 23 aprel 2015 06:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bolqarıstan, Rumıniya və Yunanıstan bu ölkələr arasında qaz kəməri birləşmələrinin tikintisinə icazə verən saziş imzalayıb.

APA-Economics”in Bolqarıstan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə bu ölkənin energetika nazirinin müavini Jeço Stankov bildirib.

Qeyd edək ki, “Şaquli qaz dəhlizi” adlandırılan layihə 2018-ci ildə istismara veriləcək. Hazırkı hesablamalara görə, layihənin ümumi dəyəri 220 mln. avro təşkil edir.

Layihənin tikintisinə 2016-cı ildə başlanılacaq. Layihəyə əsasən, qaz kəməri Rumıniyaya qədər uzanacaq və Bolqarıstan, Rumıniya və Yunanıstanın qaz nəqli sistemlərini birləşdirəcək. Bu isə Azərbaycan qazını Yunanıstanda yerləşən LNG-terminaldan Bolqarıstana nəql etməyə imkan verəcək.

“Nəhayət, biz yeni mənbədən qaz ala biləcəyik. Bu günə qədər biz ancaq bir mənbədən - Rusiyadan asılı idik”, - deyə J. Stankov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR