Bank Of Baku

Son 5 il ərzində Azərbaycanda minimum əmək haqqı 11 dəfə artıb

Son 5 il ərzində Azərbaycanda minimum əmək haqqı 11 dəfə artıb
# 06 avqust 2008 10:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 5 il ərzində Azərbaycanda minimum əmək haqqı 10,9 dəfə artaraq 5,5 manatdan 60 manata çatıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2008-ci ilin ilk yarısının yekunlarına dair keçirilən iclasında maliyyə naziri Samir Şərifov bildirib. Nazirin sözlərinə görə, son beş ildə tələbələrin təqaüdləri 10 dəfə artıb, əsas ordu qüvvələri üzrə zabitlərin pul təminatı 4,2 dəfə artaraq 850 manata, dövlət büdcəsi üzrə əməyin ödənişi fondunun məbləği 3,9 dəfə artaraq 191 mln. manatdan 741 mln. manata, əsas sosial müavinətlərə yönəldilən vəsaitlərin məbləği isə 1,6 dəfə artaraq 76,2 mln. manatdan 128 mln. manata çatdırılıb.
S. Şərifov, həmçinin qeyd edib ki, bundan başqa, dövlət vəsaiti hesabına Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə 272 mln. manat məbləğində güzəştli kreditlər, «Aqrarkredit» Səhmdar Kredit Təşkilatı tərəfindən kənd yerlərində əhalinin təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə 31 mln. manat məbləğində orta və kiçik həcmli kreditlər, İpoteka Fondu xətti ilə 80 mln. manat güzəştli ipoteka kreditləri, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin xətti ilə dövlət büdcəsinin vəsaiti və xarici kreditlər hesabına kənd təsərrüfatı sektorunda, əsasən istehsal və emal sahələri üzrə həyata keçirilən layihələr üçün 72 mln. manat məbləğində kreditlər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR