Bank Of Baku

Bu ilin ilk yarısında ARDNF-in büdcə gəlirləri 5 mlrd. manata çatıb

Bu ilin ilk yarısında ARDNF-in büdcə gəlirləri 5 mlrd. manata çatıb
# 06 avqust 2008 11:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 4 893,9 mln. manat, büdcə xərcləri isə 1 404,4 mln. manat təşkil edib. ARDNF-dən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-in neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 866,5 mln. manat, o cümlədən mənfəət neftinin satışından 4 804,6 mln. manat, akrhesabı ödənişlərdən 0,8 mln. manat, bonus ödənişlərindən 0,4 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,3 mln. manat, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi üzrə dividentlər isə 60,4 mln. manat təşkil edib. Ötən altı ay ərzində ARDNF-in vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 27,4 mln. manata bərabər olub.

Hesabat dövrü ərzində ARDNF-in 2008-ci il büdcəsinin icrası çərçivəsində qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 26,7 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə müvafiq olaraq 27,3 mln. manat və 75,6 mln. manat vəsait ayrılıb. Bundan başqa, 1,27 mlrd. manat vəsait dövlət büdcəsinə transfer edilib, 2,5 mln. manat Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə yönəldilib.

Bu ilin ilk altı ayı ərzində «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə ARDNF-dən 0,2 mln. manat vəsait ayrılıb. Bu ilin yanvar-iyun ayları ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 2,1 mln. manat olub.
Hesabat dövründə ARDNF 19,2 mln. manat məbləğində mənfəət vergisi ödəyib. Fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı büdcədənkənar xərcləri isə 74,7 mln. manat təşkil edib.
Qeyd edək ki, 2008-ci il iyulun 1-ə Fondun aktivləri ilin əvvəlinə nisbətən 162,3% artaraq 5,488 mlrd. manata (6 762,1 mln. ABŞ dolları) çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR