Bank Of Baku

IFC ipoteka proqramları həyata keçirməkdə Azərbaycana yardım göstərəcək

IFC ipoteka proqramları həyata keçirməkdə Azərbaycana yardım göstərəcək
# 06 avqust 2008 14:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan və Orta Asiya üzrə ilkin ipoteka bazarının inkişafı layihəsinə başlayıb. IFC-nin Bakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, layihənin məqsədi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın kommersiya banklarına ipoteka proqramlarını həyata keçirməkdə və təkmilləşdirilməkdə birbaşa köməklik göstərməkdir.

«Orta Asiya və Azərbaycanda banklar öz ipoteka proqramlarının inkişafı üçün birbaşa yüksək keyfiyyətli yardıma ehtiyaclarının olduğunu bildiriblər. Mənzil üçün kreditlərin verilməsi ənənəsinin olmadığı bir regionda bu layihə mühüm və birbaşa təsirə malik olacaq. Bu layihəni məqsədi ipoteka kreditləşməsinin qabaqcıl təcrübələrini yerli kommersiya banklarında tətbiq edərək, yerli ipoteka bazarında uzunmüddətli inkişaf və etibarlılıq üçün təməlin yaradılmasına köməklik göstərməkdir. Hazırda bazardakı qeyri-stabillik müşahidə olunduğu zaman bu xüsusilə əhəmiyyətlidir», - deyə nümayəndəlikdən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR