Bank Of Baku

«Moody’s Investors Service» Azərbaycan Beynəlxalq Bankının reytinq proqnozunu “Sabit”-dən “Pozitiv”-ə dəyişib

«Moody’s Investors Service» Azərbaycan Beynəlxalq Bankının reytinq proqnozunu “Sabit”-dən “Pozitiv”-ə dəyişib
# 06 avqust 2008 15:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinq proqnozunu “Sabit”-dən ("Stable") “Pozitiv” (“Positive”) səviyyəsinə dəyişib. Bu barədə «APA-Economics»ə ABB-dən məlumat verilib. «Moody’s» qeyd edib ki, ABB-nin xarici valyutada uzunmüddətli reytinqi Azərbaycanın yalnız müstəqil reytinqi ilə saxlanılır.

ABB-nin digər reytinqləri: əmanətlər üzrə xarici valyutada qısamüddətli - Not Prime, əmanətlər üzrə xarici valyutada uzunmüddətli – Ba2, milli valyutada uzunmüddətli – Baa2, milli valyutada qısamüddətli – Prime-2 (P-2), xarici valyutada subordinasiya olunmuş uzunmüddətli borc öhdəliyinin reytinqi – Baa3 və maliyyə dəstəyi reytinqi (E+) olduğu səviyyədə təsdiq edilib.

Qeyd edək ki, ABB Azərbaycanda ilk bankdır ki, xarici valyutada reytinqinin proqnozu ölkə üzrə reytinqə bərabərdir və ölkənin reytinq proqnozunun sabitdən pozitiv səviyyəsinə dəyişməsi yalnız ABB-yə təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR