Bank Of Baku

Azərbaycanda daha bir sığorta şirkətinin lisenziyası tammamilə ləğv oluna bilər

Azərbaycanda daha bir sığorta şirkətinin lisenziyası tammamilə ləğv oluna bilər
# 04 sentyabr 2008 15:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi «Abşeron» sığorta şirkətinin dayandırılmış lisenziyasını tamamilə ləğv etmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu Maliyyə Nazirliyi dövlət sığorta nəzarəti şöbəsinin rəisi Namiq Xəlilov bildirib.
N.Xəlilov bildirib ki, fəaliyyətində yol verdiyi nöqsanlara görə şirkətə nazirlik tərəfindən bu ilin avqust ayının 20-dək nöqsanarın aradan qaldırılması üçün vaxt verilib. Eyni zamanda bildirilir ki, bu ilin sentyabr ayının 2-də «Abşeron» sığorta şirkətinin lisenziyasının müddəti başa çatıb. «Lakin Nazirlik hələ də həmin şirkətdən nöqsanların aradan qaldırılması barədə məlumat almayıb. Bu halda qanunvericiliklə müəyyən edilmiş qaydada şirkətə yeni müddətsiz lisenziyanın verilib-verilməməsi ilə bağlı nazirlik tərəfindən müvafiq addımlar atılacaq», - deyə N.Xəlilov vurğulayıb.
Qeyd edək ki, «Abşeron» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Şirkətin bu ilin yanvar-iyul aylarında topladığı sığorta haqlarının həcmi 0,32 mln. manat, ödənişləri isə 0,05 mln. manat olub. Şirkətin ümumi respuboika üzrə məcmu sığorta daxilolmalarında xüsusi çəkisi 0,33%, ödənişlərdə isə 0,23% təşkil edib. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,994 mln. manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR