Bank Of Baku

Frensis Delay: «EBRD-nin «UniBank»dakı payını satması labüddür»

Frensis Delay: «EBRD-nin «UniBank»dakı payını satması labüddür»
# 04 sentyabr 2008 16:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycanın «UniBank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) tərkibindən çıxması labüddür. «APA-Economics»in məlumatına görə, bunu AYİB-in Bakı ofisinin başçısı Frensis Delay bildirib.
F.Delayın sözlərinə görə, AYİB-in strategiyası 5-7 ildən sonra hər hansı bankda olan iştirak payını satmaqdan ibarətdir: «AYİB «UniBank»da iri səhmdar kimi iştirak etmir, digər xarici banklar isə «UniBank»da daha çox iştirak payının alınmasına maraq göstərir. Hazırda biz iştirak payımızın satılmasına dair heç bir danışıqlar aparmırıq. Lakin əməkdaşlıq müddətinin bitməsindən sonra iştirak payımızın satılması labüd olacaq».
F.Delay həmçinin qeyd edib ki, hazırda Macarıstan «OTP Bank»ı «UniBank»ın səhmlərinin alınmasında potensial alıcı sayılır.
Qeyd edək ki, AYİB-in «UniBank»da iştirak payı 15,15% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR