Bank Of Baku

Qırğızıstan Azərbaycanın ÜTT-yə üzvlüyünü dəstəkləyir

Qırğızıstan Azərbaycanın ÜTT-yə üzvlüyünü dəstəkləyir
# 05 sentyabr 2008 08:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Qırğızıstan hökuməti Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasına dair yekun protokolu imzalamağa hazırdır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın ÜTT-yə üzv olmasına dair protokolun imzalanmasına dair Gürcüstan, Qətər və Abu-Dabi ilə də razılıq əldə olunub. «Buna baxmayaraq ÜTT-nin özündə də problemlər yaşanır. Belə ki, təşkilat hələ də öz sıralarında Azərbaycanda kənd təsərrüfatı sahəsində subsidiyaların ayrılmasına dair razılığa gələ bilmir».
Qeyd edək ki, indiyədək Azərbaycanın ÜTT-yə üzv olmasına dair protokola Türkiyə, Oman və Birləşmiş Ərəb Əmirliyi imza atıb. Azərbaycan 1997-ci ildə ÜTT-də müşahidəçi statusu alıb. Ümumilikdə isə 151 ölkə ÜTT-nin üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR