Bank Of Baku

«Azərdəmiryolbank» nizamnamə kapitalını 29% artırıb

«Azərdəmiryolbank» nizamnamə kapitalını 29% artırıb
# 05 sentyabr 2008 09:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankı (SKB) 3 mln. manat həcmində əlavə səhm emissiyasının yerləşdirilməsini uğurla başa çatdırıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, əlavə emissiya haqqında qərar səhmdarların bu ilin may ayında keçirilən son iclasında qəbul olunub. Səhmlərin yerləşdirilməsinə isə iyun ayından başlanılıb. Bir səhmin nominal dəyəri 0,2 manat (20 qəpik), səhmlərin sayı isə 15 mln. ədəd təşkil edir. Emissiyanın yerləşdirilməsi başa çatdıqdan sonra bankın ödənilmiş nizamnamə kapitalı 28,8% artaraq 13,4 mln. manata çatıb, məcmu kapitalın həcmi isə sentyabrın 1-nə 34,3 mln. manat təşkil edib.
Xatırladaq ki, «Azərdəmiryolbank» SKB-nin 850-yə yaxın səhmdarı mövcuddur. Səhmlərin «25%+1 səhm» hissəsi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10%-i Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10%-i hüquqi şəxslərə, qalan hissəsi isə fiziki şəxslərə məxsusdur.
«Azərdəmiryolbank» SKB 1989-cu ildə təsis edilib. Cari ilin iyul ayının 1-nə bankın aktivləri 200,2 mln. manat, kredit portfeli 153,2 mln. manat, depozit portfeli 61,5 mln. manat, məcmu kapitalı 32,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,3 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR